Modern.az

Maliyyə Nazirliyi “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsini başa çatdırıb

Maliyyə Nazirliyi “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsini başa çatdırıb

21 İyun 2014, 10:44

Milli Məclisin Elm və təhsil komitəsindən Modern.az-a verilən məlumata görə, maliyyə tutumlu sənəd olduğundan və bir müddət əvvəl Maliyyə Nazirliyində baxılan “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb. Bundan sonra qanun layihəsinin ilkin ictimai müzakirələri üçün Milli Elmlər Akademiyasına göndəriləcək.

Parlamentin yaz sessiyası başa çatdığından uzun zamandır ki, müzakirə olunan qanun layihəsi payız sessiyasının gündəliyinə salınacaq. Onun Milli Məclisin növbəti sessiyasında qəbul olunacağı gözlənilir.  

Qeyd edək ki, bir müddət əvvəl Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev qanun layihəsinin maliyyə tutumlu sənəd olduğunu və bu səbəbdən də Maliyyə Nazirliyində baxıldığını bildirmişdi.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu