Xəzər dənizində zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Bakı vaxtıyla ötən gecə saat saat 04.51-də qeydə alınıb. Zəlzələ 3.2 bal gücündə qeydə alınıb. 54 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.
Zəlzələ nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.
Modern.az