Modern.az

Bakıda 7 nəfəri gün vurub, onlardan 3-ü xəstəxanaya düşüb

Bakıda 7 nəfəri gün vurub, onlardan 3-ü xəstəxanaya düşüb

21 İyun 2014, 11:32



Bu ilin iyun ayında Bakıda 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, onlardan 5-i kişi, 2-si qadındır.

Gün vuranlardan 3-ü xəstəxanaya yerləşdirilib. Bu hadisələr Bakının rayonlarında qeydə alınıb.

Baş həkimin müavini bu ay da təcili yardım həkimlərinə qarşı müəyyən təzyiqlər edilməsi hallarının baş verdiyini deyib. Onun sözlərinə görə, bu ay ərzində təcili yardım həkimlərinə 3 təzyiq faktı qeydə alınıb və hər 3  halla bağlı polisə müraciət edilib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu