Modern.az

Yazıçılar Birliyindən istefa verən yazıçı sərt danışdı

Yazıçılar Birliyindən istefa verən yazıçı sərt danışdı

21 İyun 2014, 12:50


Azərbaycan Yazıçılar Birliyinin qurultayına çağırılmaması, eləcə də başqa səbəblərdən əsəbi qurumdan istefa verən yazıçı- tərcüməçi Nəriman Əbdürrəhmanlı özünün “Feysbuk” səhifəsində hiddətli qeydləri ilə yadda qalıb. Modern.az xəbər verir ki, hiddətinin səbəbi AYB-in onun istefasına göstərdiyi ironik münasibətlə bağlıdır:

“AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın istefamla bağlı tərbiyəsiz açıqlamasına cavab olaraq bildirirəm ki, mən qurultaya dəvət olunmadığıma görə yox, bu səbəblərə görə istefa vermişəm:

1998-ci ildən AYB-nin üzvüyəm. Bu müddət ərzində maddi məsələlərlə əlaqədar qapı döyməmişəm. 2003-2004-cü illərdə “Ulduz” jurnalının nəsr və publisistika şöbəsinin yarımştat müdiri işləmişəm. Amma bu illər ərzində tam ştata keçirilmək bir yana, oturub işləmək üçün yer verilmədiyindən redaksiyadan getməli olmuşam. 2004-cü ildə keçirilən XI qurultayda AYB İdarə Heyətinin üzvü seçilsəm də, aradan ötən 10 il ərzində bir dəfə də olsun, təşkilatın nizamnaməsilə İdarə Heyətinin səlahiyyətinə daxil olan hər hansı məsələnin müzakirəsinə, AYB-nin yubileylərinə və rəsmi tədbirlərinə dəvət olunmamışam”.

 

Elmin Nuri 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu