Modern.az

Azərbaycan Yazıçılar Birliyi naxçıvanlı yazarlara cavab verdi: “İradları əsassızdır...”

Azərbaycan Yazıçılar Birliyi naxçıvanlı yazarlara cavab verdi: “İradları əsassızdır...”

21 İyun 2014, 14:49


Naxçıvan Yazıçılar Birliyi (NYB) Azərbaycan Yazıçılar Birliyindən narazılıq əks etdirən müraciət yayıblar. Modern.az xəbər verir ki, müraciətdəki narazılığın kökündə Naxçıvan bölməsinin üzvlərinin qurultayda nümayəndə kimi deyil, iştirakçı kimi dəvət olunması, onlara çıxış üçün söz verilməməsi, 80 illik yubileyə dəvət olunmaması və s. məsələlər dayanır.

Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza Modern.az-a açıqlamasında Naxçıvan Yazıçılar Birliyinin iradlarını təkzib edərək bildirib ki, əksinə, bütün bölmələr arasında ən böyük heyət NYB-dən olub: “Azərbaycan Yazıçılar Birliyini  dəvət etdiyi bütün bölmələrin nümayəndəliyinə eyni doğma münasibəti göstərib. Hamısına hörmət və sevgi ilə yanaşıb. Orada irad bildirilib ki, AYB Naxçıvan Yazıçılar Birliyindən ayrı fəaliyyət göstərmək istəyi ilə bağlı irad bildirilib. Əgər AYB bunu istəsə idi, heç orada öz bölməsini yaratmazdı. Eyni zamanda bütün bölmələrə 3 nümayəndə dəvət olunduğu halda, Naxçıvandan 8 nəfəri dəvət etməzdilər.  Bütün bunlar Naxçıvan bölməsinə olan diqqət və sayğının göstəricisidir. Yubileyə dəvət olunmamaları barəsində də iradları var. Onu deyə bilərik ki, əgər müraciət etsəydilər təbii ki, müsbət qarşılanardı. Həm də yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirildi və əsasən də xarici qonaqlar üçün nəzərdə tutulmuşdu. Qurultaydakı çıxışlara gəlincə isə qabaqcadan proqram hazırlanmışdı. əsasən xarici qonaqların , prezident aparatı və nazirliyin işçilərinin çıxışlarına əsas yer ayrıldı. Protokol qaydasından da kənara çıxmaq mümkün deyildi“.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu