Modern.az

Səmavi təzadlar: Ər təpiyini gizlətdiyi qədər KİŞİ olur qadınlar...

Səmavi təzadlar:  Ər təpiyini gizlətdiyi qədər KİŞİ olur qadınlar...

21 İyun 2014, 21:04

1. Ölüm-dirim

Hamı ümid edir ki, bu dirilər haçansa dirilər

Canlı olmaqdan bezib diri olmağa qaçır ölülər...

Özlərini daha diri görüb dirilərə gülər ölülər

- Allah sizə rəhmət eləsin dirilər,

- Sizi min yaşayasız,  ölülər                                           

 2. Qadın – kişi

Ərinin təpiyini gizlətdiyi qədər KİŞİ olur qadınlar...

Arvadına vurduğu təpik qədər qadınlaşır kişilər...

Kişiləşir qadınlar, arvadlaşır kişilər....

ər hər təpiyində qadında kişiliyi artırır

qadın hər yediyi təpikdə  kişini arvadlaşdırır

-          Adam kişi olar , ay kişi!

-          Arvad – arvad danışma, ay arvad!              

 3. Kənd-şəhər

Kəndin cılız işığına yığışan camaat o işıqda şəhərə qaçardılar.

Şəhərin gur işığında yığışan camaat kəndləri üçün darıxardılar

Biri şəhərdən kəndə işıq aparardı, o biri kənddən şəhərə qaranlıq...

Beləcə yavaş-yavaş  işıqlanırdı kəndlər, yavaş -yavaş qaranlıq olurdu şəhərlər...

Və bir gün vəziyyət elə gətirdi ki, şəhərdən gəlib kənddən borca işıq aldılar....

-          İşıqdan olmayasan a kənd!

-          İşıqlıqda olasan a şəhər....

 4. İt - pişik 

İt pişiyi qovanda tumarlanır, pişik itdən qaçanda qudurur...

Bu yerlərdə it nədir, pişik nə ? 

Bu yerlərdə:

İtlər bir az kişilərlə dostdur, pişiklər bir az qadınlarla

Bu yerlərdə :

İtlər bir az kişilənmək istər, kişilər isə bir az hürmək

Pişiklər bir az nəvaziş istər, qadınlar bir az sığallanmaq.

Qadın nəvazişində kişi hürüşü

Pişik sığalında it kişiliyi nə qədər gülünc!

Həəə... bu yerlərdə bir zamanlar

Qadınlar kişiləri, pişiklər isə itləri  qovacaq...

Bu yerlərdə bir zamanlar qadınlar kişiləri, pişiklər itləri qovanda qaçış zolağında  yerə düşən nəvazişi qucağına götürüb qaçanlara doğru bir cüt uşaq çığıracaq

 - Qaçma, ay it oğlu it

 - qovma ay pişik qızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu