İŞİD bu gün Suriya sərhədindəki Əl-Qaim məntəqəsini ələ keçirdikdən sonra İraq şiələrinin lideri Müqtəda əl-Sədrin çağırışı ilə "Sülh briqadaları" küçələrdə parad keçirib.
ANS PRESS-in məlumatına görə, "Sülh briqadaları" İraqda dini məbədlərin və şiə ibadət yerlərinin qorunması məqsədi ilə qurulub.
"Sülh briqadaları"nın minlərlə üzvü əllərində silaha Bəsra, Nəcəf və Bağdadın Sədr Siti bölgəsində parad keçiriblər. Parada Müqtəda əl Sədr tərəfindən 2003-cü ildə qurulan Mehdi Ordusu da qatılıb.
Modern.az