Modern.az

Dünya Çempionatı-2014: Messi İranı şoka saldı - VİDEO

Dünya Çempionatı-2014: Messi İranı şoka saldı - VİDEO

21 İyun 2014, 23:29


Braziliyada Dünya Çempionatının qrup mərhələsində oyunlar davam edir. Modern.az saytı xəbər verir ki, F qrupunda Argentina və İran milliləri üz-üzə gəlib. Qarşılaşma Argentinann minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. 90+1 dəqiqədə  Messi qələbə qolunun vuraraq komandasının 1/8 finala çıxarıb.

Bu qol İran komadasını və azarkeşlərini şoka salıb desək, yanılmarıq. Çünki 90-cı dəqiqədən sonra onlar oyunun heç-heça başa çatacağını gözləyirdilər.

Qrupun digər oyununda isə Nigeriya mundialın yeganə debütandı Bosniya və Hersoqovina ilə qüvvəsini sınayacaq. Bu qarşılaşmanı start fiti Bakı vaxtı ilə saat 03:00-da veriləcək.




Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu