Modern.az

Dövlət Statistika Komitəsinin sədri dünyasını dəyişib - YENİLƏNİB

Dövlət Statistika Komitəsinin sədri dünyasını dəyişib - YENİLƏNİB

23 İyun 2014, 09:44

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

Məlumatı Trend-ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər.

Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Onun dəfni bu gün baş tutacaq.

Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə,  Arif Vəliyev bu gün saat 15:00-da İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu