Modern.az

Küləkli hava şəraiti sabah da davam edəcək

Küləkli hava şəraiti sabah da davam edəcək

23 İyun 2014, 13:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  iyunun 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 24-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyunun 24-də hava əsasən yağmursuz olacaq, gecə və axşam saatlarında şimşək çaxacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu