Modern.az

Vəkil: “İlham Mirzəyevin səhhəti yaxşı deyil”

Vəkil: “İlham Mirzəyevin səhhəti yaxşı deyil”

23 İyun 2014, 13:40


“İlham Mirzəyevlə yeni görüşmüşəm. İstintaqın gedişində bildiyiniz şeylərdir, hər hansı irəliləyiş yoxdur”. Bunu Modern.az-a açıqlamasında telejurnalistin vəkili Xanlar Bayramzadə bildirib.

Bununla belə vəkil İ. Mirzəyevin səhhətinin o qədər də yaxşı olmadığını vurğulayıb. “Hələ həbs edilməmişdən əvvəl səhhətində problemlər var. Uzun müddətdir belində və boynunda olan yırtıqlardan əziyyət çəkir. İndi həmin xəstəlik  son zamanlar onu çox narahat edir”. Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq gedir.

 

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu