Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə keçiriləcək seçkilərin vaxtı dəyişdirilib. Belə ki, akademiyanın rəyasət heyətinin may ayında keçirdiyi iclasında seçkilər iyunun 27-ə planlaşdırılmışdı. Rəyasət heyətindən Modern.az-a verilən məlumata görə seçkilər iyunun 27-dən 30-na salınıb.
Qeyd edək ki, seçkilərdə 50-dən artıq yeni üzvün seçilməsi nəzərdə tutulur. Həmin yerlər üçün isə 160 namizəd müəyyənləşdirilib. Elmi qurumda bu təyinatlı sonuncu seçki 7 il bundan əvvəl keçirilib.
Elmin Nuri