Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Malayziyada Federal Məhkəmə müsəlman olmayanların "Allah" sözündən istifadəsini qadağan edib. Bu qərarla Malayziyalı xristianların “Allah” sözündən istifadəsi ən yüksək məhkəmə tərəfindən də cinayət olaraq qəbul edilib.
2007-ci ildə ölkədə xristianların nəşr etdikləri “Herald" qəzetinin “Allah” sözündən istifadə etməsi qadağan edilmiş və oktyabr 2009-cu ildə Apelyasiya Məhkəməsi qərarı təsdiqləmişdi.Malayziya “Allah” sözünü hansı səbəbdən qadağan etdi? Malayziyalı xristianlar ərəbcədən Malay dilinə keçən “Allah” sözünün yalnız İslam dininə aid olmadığını ifadə edərək sözün ayinlərdə istifadə hüquqlarının olduğunu müdafiə edir. Müsləmanlar isə “Allah” sözünün xristianlar tərəfindən istifadə edilməsinin ölkənin yüzdə 60%-ində qarışıqlığa gətirib çıxardığı fikrini irəli sürülər. Bunun din dəyişdirməyə qədər gedib çıxacağını bildirirlər.
Əhalisinin təxminən 9 faizi xristian olan Malayziyada hinduizm və buddizm inancına sahib insanlar da yaşayır.
Gülşən RAUFQIZI