Modern.az Fars agentliyinə istinadən xəbər verir ki, daha bir ali şiə ruhanisi İraqla bağlı fitva verib. Ayətullah Məkarim Şirazinin fitvasında qeyd olunur: “İraqın bütün bölgələrini qorumaq cihad kimi vacib, həlak olanlar şəhiddir”.
“Ərəb ölkələri, ABŞ və İsrail tərəfindən dəstəklənən təkfirçi terrorçular Suriyada məğlubiyyətə uğradıqdan sonra bunun heyfini İraqdan almaq istəyirlər. Onlar belə düşünürlər ki, bu ölkədə məzhəb və tayfaların sayının çox olmasından istifadə edib irəliləyə biləcəklər. Lakin çox keçmədi ki, gözlərinin kor olduğunu anladılar və İraq xalqı - istər şiəsi, istər sünnisi, istərsə də kürdü - mallarının, canlarının və namuslarının bu terrorçu qrupları tərəfindən təhlükədə olduqlarını anlayaraq ayağa qalxıb İraq ordusunun köməyinə tələsdilər. Onlar İraqın ali təqlid mərcəsinin sədasına ləbbeyk deyərək, 2 milyona yaxın öz adlarını bu siyahıya yazdırdılar, təlim görməyənlər isə təlim görməyə başladılar. Allahın istəsə, bu gedişlə İraqda olan bütün məzhəb və tayfalar vəhdət tapacaqlar.
Təkfirçi terrorçular və onları dəstəkləyənlər bilsinlər ki, lazım olduğu surətdə milyonlarla insan ərbəində olduğu kimi piyada olaraq ən uzaq bölgələrdən İraqda yerləşən İmamların (ə) ziyarətgahlarına tərəf gələcəklər və İraq xalqına birləşəcəklər və orduya lazımi köməyi göstərəcəklər.
Mən də açıq-aşkar bildirirəm ki, İraqın hər bir bölgəsini, xüsusən ziyarətgahları qorumaq bütün Əhli beytlə (ə) əlaqəsi olanlara Allah yolunda cihad kimi vacibdir! Orada şəhid olanlar Kərbəla şəhidlərinə qovuşacaqlar!”, – deyə fitvada qeyd olunur.
Modern.az