Modern.az

Axund: "Ramazan ayının başlanğıclarındakı fərqlər məzhəblə bağlı deyil"

Axund: "Ramazan ayının başlanğıclarındakı fərqlər məzhəblə bağlı deyil"

23 İyun 2014, 18:18

“Ramazan ayının başlanacağı günlə bağlı iki tarixin qeyd olunması normal haldır”. Bunu  Modern.az-a Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib. “Bu, məzhəb yox, daha çox elmi hesablama məsələsidir: Yəni bəzi ölkələrin yerləşmə mövqeyindən yaranan problemdir. Belə ki, Səudiyyə Ərəbistanında ayın görüldüyü gün Azərbaycanda görülməyə bilər. Bu, birbaşa coğrafi mövqedən asılı olan bir məsələdir. Buna görə də ortaq təqvim tərtib olunur. Bəzi alimlərin fikrinə görə ayın görünməsi şərt deyil. Ayın mövqeyinin hesablanma yolu ilə də təqvim tərtib oluna bilər. Amma bir çox alimlər ayın görünməsinin şərt olduğunu bildirir. Bunları nəzərə alaraq ayın görülməsi ilə bağlı bir təqvim hazırlanır”.

Qeyd edək ki, bu il Ramazan ayının başlanğıcı kimi iyunun 28 və 29-u tarixləri əsas götürülür.

 

Ayşən Mönsümlü

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu