Modern.az

Klublarımızın ÇL və Avroliqadakı rəqibləri məlum oldu

Klublarımızın ÇL və Avroliqadakı rəqibləri məlum oldu

23 İyun 2014, 18:56

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycanın, "İnter" və "Qəbələ" klublarının I təsnifat mərhələsindəki rəqibləri məlum olub:

"Elfsborq" (İsveç) - "Tiraspol" (Moldova) / "İnter" (Azərbaycan)

"Mlada Boleslav" (Çexiya) - "Qəbələ" (Azərbaycan) / "Şiroki Briyeq" (Bosniya və Herseqovina)

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

Ölkə kubokunun son qalibi "Neftçi" isə II təsnifat mərhələsində "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) oyununun qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ"ın isə Çempionlar Liqasında rəqibi Maltanın "Valletta" komandası ilə olacaq.  

 

Modern.az
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu