Modern.az

Elmar Məmmədyarov ermənipərəst deputata CAVAB verdi

Elmar Məmmədyarov ermənipərəst deputata CAVAB verdi

23 İyun 2014, 19:03


Bu gün Avropa Şurası Parlment Assambleyasının yay sessiyasının ilk plenar iclasında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edərək ölkənin 6 aylıq sədrliyi ərzindəki əsas prioritetləri haqda danışıb.

Nazir bu müddət ərzində Bakıda keçiriləcək tədbirlərin proqramı barədə məlumat verib. O, korrupsiya ilə bağlı mübarizəyə diqqət çəkərək bu mövzuda Bakıda xüsusi tədbir keçiriləcəyini söyləyib.

E. Məmmədyarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ölkə üçün çox əhəmiyyətli bir hadisə olduğunu bildirib. Eyni zamanda, ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun aparılmasında əvəzsiz təcrübəsi olduğunu qeyd edərək, bu yöndə də sentyabrın əvvəlində Bakıda böyük bir tədbirin təşkil ediləcəyini deyib. O, Azərbaycanla AŞ arasında qəbul olunmuş Fəaliyyət Planına dair bir daha müzakirələrin aparılacağını, AŞ-nın sosial həmrəylik proqramı ilə bağlı Bakıda nazirlər səviyyəsində xüsusi bir toplantının keçiriləcəyini açıqlayıb.

 Bundan başqa, Ukraynadakı məsələlərə toxunan E. Məmmədyarov bu ölkədə keçirilmiş prezident seçkilərinin sülh şəraitində, yüksək səviyyədə və beynəlxalq normalara uyğun bir şəkildə baş tutduğunu vurğulayıb. Kosovonun statusundan bəhs edən nazir bu məsələdə bir çox üzv ölkə arasında fərqli mövqeyin olduğunu xatırladaraq, Avropa Şurasının bu məsələdə neytral mövqe tutmalı olduğunu deyib.

Daha sonra, E. Məmmədyarov assambleya üzvlərinin müxtəlif suallarına cavab verib.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) AŞ Nazirlər Komitəsinin sədri qismində çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ermənipərəst deputatı Fransua Roşbluanın Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Rukeylə sualına cavab verərək, R. Rukenin Azərbaycan sərhədləri ilə bağlı qanunlarına hörmətsiz yanaşdığını vurğulayıb. , E. Məmmədyarov bu suala Azərbaycanın xarici işlər naziri qismində cavab verəcəyini qeyd edərək bildirib ki, AŞPA üzvləri də qanun çərçivəsində hərəkət etməli, üzv ölkələrin qanunlarına hörmətlə yanaşmalıdırlar.

“Cənab Ruke bizim sərhədlərin statusu ilə bağlı qanunlarımıza hörmət etməyib. Azərbaycan belə qanunları qəbul etməkdə tək deyil və belə praktika başqa ölkələrdə də tətbiq olunur”, - deyə nazir qeyd edib.(Apa.az)


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu