Modern.az

Oruc tutan ürək xəstələrinə önəmli tövsiyələr

Oruc tutan ürək xəstələrinə önəmli tövsiyələr

23 İyun 2014, 22:45


Mütəxəsislərin verdiyi məlumata görə, ürək çatışmazlığı və ona meylli olan insanlar, həmçinin ürəkdən əməliyyat olunan xəstələrin orucluqda diqqət etməsi lazım olan bir sıra nüanslar var. Xüsusilə də ürəkdən əməliyyat olunan insanlar, həkimdən icazə alaraq və ya onun nəzarəti altında oruc tutmalıdırlar

Ürəklə bağlı problemləri olan insanlar, xüsusilə  iftarla səhər  imsaka qədər olan müddətdə bol maye qəbul edərək qanın sululuğunun təmin edilməsinə çalışmalıdırlar. Maye miqdarı gün ərzində normal qəbul olunması lazım olan maye miqdarına bərabər olmalıdır. Maye miqdarı, adamın kilosu, boyu, gündəlik fəaliyyəti və maye itkisinə görə nəzərən ortalama 3 litrdir. Qeyd edək ki, bu mayenin bir qismini yeməkərlə də qəbul etmək olar.

Yatmaq - ürək xəstələrinin ən böyük dərmanı

Oruc tutan ürək xəstələrinə gün ərzində, xüsusilə də günorta saatlarında sərin məkanlarda yatmaq tövsiyə olunur. Belə ki, alimlərin fikrincə yatmaq, maye itkisinin qarşısını alır, ürəyi sakitləşdirir, bədənin enerji ehtiyacını azaldır və ürəyi qoruyur.

Yağlı və ağır yeməklərdən uzaq durmalı

Xüsusilə ürək xəstələri, yağlı yeməklərdən uzaq durmalıdır.  Araşdırmalara  görə oruc nəfsi idarə etməkdir. Ürək xəstələri, gün ərzində qəbul edə bilmədiyi qidaları yemək üçün iftar zamanı yeməklərə hücum edərək sağlıqlarına çox böyük bir ziyan vururlar. Belə ki, bu xəstəlikdən əziyyət çəkənlər, vitaminli, duru yağdan və  tərəvəzdən hazırlanan qidalara üstünlük versələr daha məqsədə uyğun olar. İftardan səhər imsaka qədər olan müddətdə həddi aşmadan qida qəbuluna diqqət etmək sağlamlıq baxımından önəmlidir.  

Ayşən Mönsümlü  

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu