Modern.az

Bakıdakı beynəlxalq festivalın münsiflər heyəti açıqlandı

Bakıdakı beynəlxalq festivalın münsiflər heyəti açıqlandı

24 İyun 2014, 12:24


İyun 25-29-u II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın müsabiqə proqramında 37 ölkədən 68 film mübarizə aparacaq. Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Modern.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, münsiflər heyətinin 3 üzvü Azərbaycandan (Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxəmmədov), 4 üzvü isə xarici ölkələrin təmsilçilərindəndir (Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur).

Qeyd edək ki, beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə - Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul

II yerə - Gümüş mükafat - diplom və mükafat

III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxışı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək. 

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi tərəfdaşı JW Marriot Absheron Baku, informasiya dəstəkçiləri İctimai Televiziya, APA Holdinqdir. Festivalın təşkilati işlərini Azanfilm studiyası həyata keçirir.

Proqramla və münsiflər heyətinin üzvləri ilə daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə edə bilərsiniz.

Misranə Həsənzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu