Modern.az

Truskavesdə Azərbaycan-Ukrayna regional ofisi AÇILIB

Truskavesdə Azərbaycan-Ukrayna regional ofisi AÇILIB

24 İyun 2014, 13:50


Ukrayann Truskovetsk şəhərində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın  regional ofisinin açılış mərasimi olub. Modern.az bildirir ki, Ukryanın Lvov Vilayətinin və Truskovetsk şəhərinin dövlət admnistrasiyası rəsmilərinin, disapora və KİV təmsilçilərinin iştirak etdiyi açılış mərasimində Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov çıxış edərək, rəhbərlik etdiyi qrumun gələcək fəaliyyəti haqqında  məlumat verib.

Qeyd edib ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ölkələrimiz arasındakı qtisadi, siyasi, elmi, mədəni, idman və turizm əlaqələrinin  inkişafına dəstək vermək üçün yaradılıb. Onun sözlərinə görə,  alyansın  paytaxt Kiyevdən sonra Truskovetsk şəhərində açılan 2-ci regional ofisi Ukraynada yaşayan soydaşlarımıza hüquqi yardım göstərməklə yanaşı, xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini özündə əks etdirən tədbirlər həyata keçirəcək.

Ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərinin möhkəm əsaslar üzərində qurulmasında  ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan Beynəlxalq Alyansın sədri   Elmar Məmmədov Azərbaycanla Ukraynanın strateji münasibətlərinin inkişafına  prezident İlham Əliyevində   xüsusi  diqqət ayırdığını vurğulayıb. 

Açılış mərasimində Azərbaycan Ukrayna Beynəlxalq Alyansın gələcək fəaliyyətinə uğurlar arzulayan Karpat İstirahət və Müalicə  Kompleksinin baş direktoru Lev  Qritsak dünyanda təbii şəfa ocağı kimi tanınan Truskovetsk  şəhərinə hər il Azərbaycandan minlərlə insanın istirahətə gəldiyini bildirib .

Ukraynada baş verən hadisələrin Truskovetsk şəhərinin istirahət və müalicə mərkəzlərinin fəaliyyətinə heç bir mənfi təsir göstərmədiyini bildirən Lev Qritsak   son aylar Rusiyanın bəzi televiziya və kütləvi informasiya vasitələrində  yayımlanan antiUkrayna təbliğatının heç bir həqiqətə söykənmədiyini   vurğulayıb. Hazırda dünyanın bir çox   ölkələrindən ,o cümlədən Rusiyadan yüzlərlə insanın Truskovetsk şəhərinin müxtəlif sanatoriyalarında istirahət və müalicə kursları aldıqlarını diqqətə çatdıran baş   direktor Luqansk ilə Truskovetsk şəhəri arasında  1500 km-dən çox məsafə olduğunu və bunun insanların istirahətinə və müalicə prosesinə  heç bir maneə törətmədiyini xatırladıb. 

Ukraynanı ən ağır dönəmlərdə müdafiə etdiyinə görə Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirən Qritsak  Azərbaycandan olan daimi müştərilərini deyilən təxribat məlumatlara fikir vermədən hər il  olduğu kimi xoş və mənalı istirahətlərini davam etdirməyə səsləyib. Bu istiqamətdə Azərbaycan  Ukrayna Beynəlxalq Alyansın öz imkanlarından istifadə edərək  Ukrayna həqiqətlərinin Azərbaycan ictimaiyyətinə çatdırılmasına yardımçı olacağına əminliyini bildirib.Sonra mərasimə qatılanlar Azərbaycan Ukrayana  Beynəlxalq Alyansın regional ofisi ilə tanış olublar. 
 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu