Modern.az

Bu gün Azərbaycanın 12 rayonunda qaz kəsiləcək

Bu gün Azərbaycanın 12 rayonunda qaz kəsiləcək

25 İyun 2014, 11:25

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə. yeni çəkilmiş magistral qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması, qaz nəqli sistemində təmir-bərpa və təmir-quraşdırma işləri, eləcə də qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Siyəzən, saat 17:00-dək Ağsu və Qobustan, saat 18:00-dək Quba rayonuna, həmçinin Xətai, Sabunçu, Zaqatala, Ağstafa, Goranboy, Qazax, Şirvan və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu