Modern.az

İƏT Xarici İşlər nazirlərindən “Xocalıya Ədalət” kampaniyasına DƏSTƏK

İƏT Xarici İşlər nazirlərindən “Xocalıya Ədalət” kampaniyasına DƏSTƏK

21 İyun 2014, 15:44


İƏT Xarici İşlər nazirləri Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasına çağırıblar. İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbul ofisindən Modern.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirlərinin 41-ci sessiyası öz işini başa çatdırıb. İƏT XİN toplantısının Forumunda Baş katibi Elşad İskəndərovun rəhbərlik etdiyi İKGF nümayəndə heyəti iştirak edib.

Sessiyanın yekun sənədlərində İƏT Xarici İşlər nazirləri, qurumun müxtəlif sahələrdə apardığı fəaliyyətlərə öz dəstəklərini ifadə ediblər. İKGF tərəfindən təqdim edilmiş eyniadlı qətnamədə Forumun İƏT ölkələrində insani fəlakətlərin anım proqramın dəstək verilərək, İƏT Xarici İşlər Nazirləri İƏT üzv ölkələlərdə Xocalı soyqırımının tanıdılması istiqamətində fəaliyyətləri, xüsusilə də “Xocalıya ədalət” kampaniyasının apardığı işlərə dəstəyini ifadə edib.

Eyni bölümdə Xocalı faciəsinə qiymət verən sənəd, “1992-ci ildə ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırım aktının insanlığa qarşı cinayət faktı kimi tanıdılması üçün üzv ölkələri milli və beynəlxalq səviyyədə” müvafiq addımlar atmağa çağırır. Qətnamədə həmçinin İKGF-nin gənclərin inkişafına yönəlmiş digər proqramları, o cümlədən gənc sahibkarlığın inkişafı, mədəniyyətlər arası dialoqda fəal iştirakın təmin edilməsi, ali təhsil müəssisələrində “İƏT Model” kimi layihələrin keçirilməsi üzrə fəaliyyətlərinin üzv ölkələr tərəfindən dəstəklənməsi haqda çağırış səslənib. 

Qeyd edək ki, “Xocalıya Ədalət” beyəlxalq təbligat və təşviqat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2009-cu ildə elan edilib və Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsi məqsədini daşıyır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu