Modern.az saytı xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri olmuş mərhum prezident Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət ediblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq, Azərbaycanda mövcud olan dini tolerantlıqdan, mədəniyyətlər arasındakı dostluq münasibətlərindən danışıb. Alı Alıyev bildirib ki, ölkəmizdə yaşayan müxtəlif dinlərin və mədəniyyərlərin nümayəndələri arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub, ayrı-ayrı dinlər, etiqadlar arasında qarşılıqlı hörmət və etirama əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb. İcra başçısı qeyd edib ki, Füzuli rayonu daima tolerantlıqla, dinlər arasında qarşılıqlı anlaşma ilə fərqlənib və bu gün də fərqlənir. Alı Alıyev respublikada o cümlədən Füzuli rayonunda görülən abadlıq, tikinti-quruculuq işləri barədə məlumat verib. Azərbaycan Respublikasının millətlərarası, mültikultiralizm və dini mələlələr üzrə Dövlət üşaviri Kamal Abdullayev əƏsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə tolerantlıq, mültikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Görüşdə Azərbaycanda millətlərarası münasibətlər, dinlərin, dillərin və mədəniyyətlərin, multikultiralizm ənənələrinin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən dövlət siyasəti barədə də ətraflı fikir mübadiləsi aparılıb. Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Sonda Kamal Abdulla Horadiz şəhər “Əhli Beyt” məscidində olub, dindarlarla görüşüb.