Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya polkovnik hərbi rütbəsi verilib. Faktı V.Dərgahlı özü də təsdiqləyib.
Qeyd edək ki, V.Dərgahlı cari ilin yanvar ayında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub. (Trend)