“Rusiya Yaxın Şərqdə sülh prosesinin nizamlanmasının bərpasını istəyir”.
Modern.az İTAR-TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla keçirdiyi görüşdə deyib. Kreml rəhbəri təəssüflə bildirib ki, regionda vəziyyət yaxşılaşmır. V. Putin qeyd edib ki, M. Abbasla görüşmək niyyətindədir. “Mən sizinlə görüşmək və sülh proseslərinin bərpası istiqamətində addımlar atmağa çox şad olardım”.
Fələstin lideri də bildirib ki, regiondakı vəziyyətlə əlaqədar V. Putinin məsləhətlərini almaq istəyir.
Qeyd edək ki, M. Abbas Rusiyada səfərdədir.
Modern.az