Modern.az

Ərdoğanın prezidentliyə namizəd olacağı təsdiqləndi

Ərdoğanın prezidentliyə namizəd olacağı təsdiqləndi

Təhsil

25 İyun 2014, 21:50

Türkiyə baş nazirinin köməkçisi Bülənt Arınc hakim Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın olacağını bəyan edib. Modern. Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arınc deyib: “İyulun 1-də Allah qismət edərsə, bir maneə olmazsa, hörmətli baş nazirimizin namizədliyi böyük ehtimalla açıqlanacaq”.

Qeyd edək ki, Ərdoğan iyunun 24-də partiyasının qrup toplantısında prezidentliyə hakim partiyanın namizədinin iyulun 1-də açıqlanacağını bəyan edib. Bundan əvvəlsə baş nazir müxalifətin prezidentliyə namizədini dəyişdirəcəyi təqdirdə öz namizədlərinin də dəyişə biləcəyini bildirib.

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu