“ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb. Onlar tezliklə tətbiq ediləcək”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Xarf deyib. O bildirib ki, Ağ Evin sanksiyaları tətbiq edilmək üçün hazırdır.
ABŞ xarici siyasət idarəsinin rəsmisi rəsmi Moskvanın Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində fəaliyyət göstərməsini qadağan edən qərarını da şərh edib. M. Xarf qeyd edib ki, ABŞ Rusiyadan daha aktiv hərəkətlər gözləyir.
Qeyd edək ki, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Avropa Birliyi dövlətlərini Rusiyaya qarşı sanksiyalar qoşulmağa çağırıb.Modern.az