Modern.az

Daha iki milli komandanın baş məşqçisi istefa verdi

Daha iki milli komandanın baş məşqçisi istefa verdi

Təhsil

27 İyun 2014, 00:28

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsində uğursuz çıxış edən Honduras və Yaponiyanın yığma komandalarının baş məşqçiləri istefa veriblər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa, İsveçrə və Ekvadorla E qrupunda mübarizə aparan və son oyunda İsveçrəyə 3:0 hesabı ilə məğlub olan Hondurasın kolumbiyalı çalışdırıcısı Suares oyundan sonra “Bütün ölkə xəyal qırıqlığına uğradı.İkinci tura çıxmaq xəyalını gerçəkləşdirmədiyimiz üçün mən də üzüldüm. Dəyişiklik zamanı gəldi”, - deyərək istefa verib.

Amerika qitəsini təmsil edən Honduras bundan əvvəl qatıldığı 1982 və 2010-cu il dünya kuboklarında da qalibiyyət qazana bilməmiş və qrup mərhələsində turnirə vida etmişdi.

Digər məlumata görə, Yaponiya millisinin baş məşqçisi Alberto Zakkerona da istefaya gedib. O, uğursuzluğun yeganə səbəbkarının özü olduğunu bəyan edib. Qərarını əvvəlcə oyunçularına bildirdiyini qeyd edən Zakkeroni deyib: “Taktikaya qərar verən mənəm. Hansı oyunçunu meydançaya çıxacağına da qərar verən mənəm. Bu səbəbdən bütün cavabdehlik mənə aiddir və bacarıqsız olduğum üçün vəzifəmi buraxmaq qərarı verdim”.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu