Modern.az

Bu gün deputatlar tətilə çıxır

Bu gün deputatlar tətilə çıxır

27 İyun 2014, 10:38


Bu gün Milli Məclisin növbədənkənar xüsusi sessiyasının sonuncu iclası keçiriləcək. Modern.az xəbər verir ki, sessiyanın bundan əvvəlki iclasında 26 məsələ müzakirə olunaraq qəbul edilib. Xüsusi sessiyanın bugünkü iclasının gündəliyinə 6 məsələ daxil edilib. Deputatlar bu iclasda “İnsan Hüquqları üzrə Müvəkkil haqqında”, “Balıqçılıq haqqında” qanunlara dəyişikliklər, Azərbaycan və Fransa arasında fransız liseyinin təsis edilməsi ilə bağlı Sazişin təsdiqi, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər və daha bir neçə sənədə dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini müzakirə edəcəklər. Bundan sonra deputatlar tətilə yollanacaqlar.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu