Modern.az

“Donetsk və Luqansk respublikaları” birləşdi

“Donetsk və Luqansk respublikaları” birləşdi

27 İyun 2014, 11:37


Ukraynanın şərqindəki separatçıların qurduğu “Donetsk və Luqansk respublikaları” birləşərək “Xalq Birliyi Respublikası”nı elan edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şərqindəki separatçıların qurduğu “Donetsk Respublikası” və “Luqansk Respublikası” nümayəndələri Donetsk hökumət binası məclisini salonunda bir araya gələrək parlamentin yığıncağını keçirib.

Yığıncağa separatçı liderlərdən biri, Regionlar Partiyasının keçmiş deputatı Oleq Tsarev “Donetsk Respublikası”nın liderlərindən Vladimir Markoviç və “Lugansk Respublikası”nın liderlərindən Aleksey Keryakinin başçılıq ediblər. Donetskdən 21, Luqanskdan 28 olmaq üzrə 49 nümayəndənin qatıldığı yığıncaqda nümayəndələr deputat kimi and içiblər.

Səsvermə zamanı “Donetsk və Luqansk respublikaları” birləşərək “Xalq Birliyi Respublikası”nın yaradıldığı elan edilib və birliyin parlamentinin rəhbərliyinə Oleq Tsarev gətirilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu