Modern.az

Oqtay Əsədov: “Mən prezident İlham Əliyevin AŞPA-dakı çıxışı ilə fəxr etdim”

Oqtay Əsədov: “Mən prezident İlham Əliyevin AŞPA-dakı çıxışı ilə fəxr etdim”

27 İyun 2014, 12:24

Milli Məclisin növbədənkanar iclası başlayıb. Modern.az xəbər verir ki, əvvəlcə deputatlar prezidenti təbrik ediblər. Spiker Oqtay Əsədov bildirib ki, cənab prezidentin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı alqışa layiq idi: “Mən bir vətəndaş olaraq, prezidentin çıxışı, Dağlıq Qarabağ problemi haqqında dedikləri ilə fəxr etdim. Bu çıxış bir daha sübut etdi ki, ölkədə islahatla aparılır. Dövlət başçısı beynəlxalq təşkilatlar qarşısında alnıaçıq olduğunu bildirdi. Bu çıxış sübut etdi ki, xalq prezidenti ilə fəxr edir”.

Gültəkin ƏLƏSGƏR  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu