Modern.az

TQDK sədri abituriyentləri tənbeh etdi

TQDK sədri abituriyentləri tənbeh etdi

27 İyun 2014, 12:31


“Keçirilən buraxılış imtahanlarında karta və arayışa baxmaqla nəticələrinə baxış keçirən abituriyentlərin statistikası çox pisdir”. Modern.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iyunun 8-də arayışa 90%, karta isə 46% abituriyent baxıb. İyunun 13-də arayışa 88%, karta 25% abituryent baxıb: “İyunun 18-də arayışa baxanlar 85%, karta baxanlar isə 27% olub. İyunun 24-də 59% abituriyent arayışa, 20% abituriyent isə karta baxış keçirib. Ümumilikdə 197 min 400 nəfər imtahanda iştirak edib. Onlardan 159 min 329 nəfər, yəni 82%-i arayışa baxıb, 61 min 617 nəfər yəni, 32%-i isə karta baxıb”.

Sədr əlavə edib ki, bu, çox aşağı statistikadır. Deməli, şagirdlər öz nəticələri ilə çox razıdırlar. Daha maraqlanmırlar ki, göstərdiyi nəticə necə olub.

Rafiq Qənbərov

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu