“Ən böyük problemimiz Qarabağdır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Bəxtiyar Əliyev deyib. “Bu faktdır ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Azərbaycan hərtərəfli inkişaf edən hüquqi-demokratik bir ölkədir”, – deyə Bəxtiya Əliyev əlavə edib.
Deputat bildirib ki, Azərbaycanın ən böyük problemləri ərazilərinin işğalıdır. “Çox təəssüf ki, bütün beynəlxalq təşkilatlar bu işğala biganə və ikili standartla yanaşırlar. Beynəlxalq təşkilatlar BMT-nin qətnamələrini yerinə yetirmir. AŞPA-da öz öhdəliklərini yerinə yetirən ölkəyə ikili standartlarla yanaşır”.
B. Əliyev çıxışının sonunda belə deyib.“Bu gün istər cəbhə bölgəsindən, istərsə də digər bölgələrdən olan əhali Prezidentin çıxışını dəstəkləyir. Çünki Qarabağ hamımızın ortaq problemidir”.
Gültəkin ƏLƏSGƏR