Modern.az

Bazar günü Azərbaycanda kolleclərə qəbul imtahanları keçiriləcək

Bazar günü Azərbaycanda kolleclərə qəbul imtahanları keçiriləcək

27 İyun 2014, 12:38


Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək. İmtahan respublikanın 14 şəhər və rayonunda- Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda baş tutacaq.

Bu imtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiya aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər.

9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan şagirdlərin sayı 2194 nəfər, 11-ci sinif şagirdlərinin sayı isə 3212 nəfərdir. 

Qeyd edək ki, buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə isə 60  test tapşırığı təqdim ediləcək.

 

Rafiq Qənbərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu