Modern.az

Son buraxılış imtahanında 5426 nəfər iştirak edəcək

Son buraxılış imtahanında 5426 nəfər iştirak edəcək

Təhsil

27 İyun 2014, 13:03

“Buraxılış imtahanlarından iyunun 29-da baş tutacaq son imtahanda cəmi 5426 nəfər iştirak edəcək”. Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)  sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, üzrlü səbəblərdən imtahanda iştirak etməyəcək şagirdlərin sayı cəmi 127 nəfərdir. Bu heç də ümumi nəticələrə ciddi təsir etməyəcək:

“Müqayisə edərkən uşaqların ümumi balını götürürük. 2013-cü ildə bu, 25 bal idisə, 2014-cü ildə isə 25,94 bal, yəni 26 olub. Fərqi isə 0,94-dür. Beləliklə, müəyyən qədər irəliləyişlər görürük”. M. Abbaszadə eyni zamanda bildirib ki, müvəffəq qiymət alanları müqayisə etsək, görərik ki, 2013-cü ildə onların sayı 58,41 %, 2014-də isə 62,15%-dir: “9-cu sinif şagirdlərinin nəticələrinə əsasən hesablanmış statistikadır. Mən buna irəliləyiş deyirəm. 11-ci sinfin statistikası barədə isə, bal üzrə fərq 1,81%-dir. Müvəffəq qiymət alanların sayı 2013-də – 72,14%, 2014-cü ildə – 74,19% olub. Burada isə fərq təxminən 2%-dir”.

Rafiq Qənbərov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu