Modern.az

Putinin müşaviri: “Qarabağ problemi Azərbaycanın Avrasiya Birliyinə üzvlüyünə maneədir"

Putinin müşaviri: “Qarabağ problemi Azərbaycanın Avrasiya Birliyinə üzvlüyünə maneədir"

Təhsil

27 İyun 2014, 13:53


“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması təkcə Rusiya-Azərbaycan münasibətlərini möhkəmləndirməyəcək. Həm də Avrasiyaya inteqrasiya layihələrinin reallaşdırılmasına kömək edəcək”.

Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin müşaviri Sergey Qlazyev Rusiya xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana etdiyi səfərləri şərh edərkən deyib.  Dövlət rəsmisinin sözlərinə görə Azərbaycan Rusiyanın ənənəvi və xeyirxah partnyorudur.

Vladimir Putinin müşaviri təəssüflə bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyi layihəsinə qoşulmur. “Rusiya və Azərbaycanın mədəni, humanitar və ticarət sahələrində əməkdaşlığının birliyinə nail olduq. Amma təəssüf ki, Azərbaycan Avrasiyaya iqtisadi inteqrasiya prosesində iştirak etmir. Bu, Rusiya üçün çatışmazlıqdır. Biz Azərbaycanı Avrasiyaya inteqrasiya prosesinin dəyərli iştirakçısı kimi görmək istərdik",-deyə S. Qlazyev bildirib.  

Rusiya prezidentinin məsləhətçisi onu da vurğulayıb ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda iqtisadi inkişafı tormozladığını anlayır. “Heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistanın münaqişəsi buna mane olur. Tərəflərin qarşılıqlı anlaşması Cənubi Qafqazda uzunmüddətli sülhü təmin etsəydi, həmin əngəllər aradan qalxardı. O əngəllər ki, bu gün Azərbaycanın Avrasiya inteqrasiya prosesində dəyərli iştirakına mane olur”.  

Aqşin Kərimov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu