Ermənistan prezidenti Serj Sərkisyan 60 illik yubileyini Azərbaycanın işğal altındakı torpaqlarında qeyd etmək istəyir. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Məlumata görə Ermənistan dövlət başçısı 60 yaşını Qarabağda keçirmək üçün İrəvanı tərk edəcək.
Qeyd edək ki, S. Sərkisyan 1954-cü ilin iyun ayının 30-da Xankəndində doğulub.Modern.az