İstanbuldan Şanlıurfaya gedən sərnişin avtobusunda 24 yaşındakı A. K., səhərə yaxın “Allahu əkbər” deyərək əlindəki bıçaqla ətrafdakılara hücum edib, 3 sərnişin boynundan ağır yaralayıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankaranın Kızılcahamam Mahalı yaxınlarında meydana gəlib. İddiaya görə, İstanbuldan Şanlıurfaya gedən avtobusun yolçularından A. K. səhərə yaxın digər sərnişinlər yatarkən əlinə aldığı bıçaqla “Allahu əkbər” deyərək üç nəfərin boynundan vurmağa başlayıb. Sərnişinlərdəm 33 yaşındakı Abdulhay Beydar, 32 yaşındakı Süleyman Süleymanı və 40 yaşındakı Murad Qaya boğazlarından aldıqları bıçaq zərbələri ilə ağır yaralanıblar.
Təcavüzkar avtobusdakı çaxnaşmadan faydalanaraq qaçarkən, yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə Ankaradakı müxtəlif xəstəxanalara çatdırılıblar. Yaralıların vəziyyətlərinin ciddi olduğu bildirilir. Yaralılardan Süleyman Süleymanı Suriya vətəndaşıdır. Təcavüzkar A. K. Bir müddət sonra istirahət mərkəzlərindən birində tutulub, hadisə ilə əlaqədar istintaq başlayıb.Modern.az