“Qalatasaray”ın baş məşqçi postuna namizəd göstərilən “Mançester Yunayted” klubunun keçmiş baş məşqçisi Devid Moyes İstanbula gəlib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən mövsümün sonlarında İngiltərə klubundan uzaqlaşdırılan və uzun müddət “Everton”u da çalışdıran Moyes “Qalatasaray”ın prezidenti Ünal Aysalla görüşəcək. İkilinin görüşünün Aysala məxsus Ortaköydəki oteldə baş tutacaq.
Modern.az