Modern.az xəbər verir ki, bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vurulması və müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan informasiya cəmiyyət arasında narahatlığa səbəb oldu.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılıblar.
Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər.
Həmin şəxslər əməllərindən səmimi peşmançılıq keçirib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.
Modern.az