Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun “Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında layihə müsabiqəsini elan edib. Modern.az xəbər verir ki, müsabiqə fondu 60 min) manat təşkil edir və 3 istiqamət üzrə həyata keçirilir:
1 Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması - 20.000 AZN
2 Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması - 20.000 AZN
3 Jurnalist peşəkarlığının artırılması - 20.000 AZN
Müsabiqədə iştirak
Layihə müsabiqəsində dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərlər.
Layihələrin qiymətləndirilməsi
Layihələrin qiymətləndirilməsi üçün aşağıdakı meyarlar əsas götürülür:
- layihənin məqsədinin aydınlığı və konkretliyi;
- layihənin fəaliyyət planının inandırıcı olması;
- layihənin büdcəsinin reallığı;
- ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;
- layihə təqdim etmiş jurnalist təşkilatının KİV-lərlə iş təcrübəsinə malik olması;
- layihə təqdim etmiş jurnalist təşkilatının Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması
Hər qurum yalnız bir layihə təqdim edə bilər.
Müsabiqəyə sənədlərin qəbulu 27 iyun 2014-cü il tarixində başlayır və 07 iyul 2014-cü il tarixlərində başa çatır. Layihənin müddəti 5 ay nəzərdə tutulub
Sənədlər rəsmi iş günləri saat10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində qəbul edilir.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap və elektron variantda (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
№ | Tələb olunan sənədlər | Forması |
1. | Layihə təklifi və fəaliyyət planı | Kompüterdə yığılmış çap formasında -3 nüsxə Elektron variantı, (Times New Roman 12şriftində) - 1 disk |
2. | Layihənin büdcəsi (Fondun təqdim etdiyi formada) | Kompüterdə yığılmış çap formasında -3 nüsxə Elektron formada, Microsoft Excel formatında, -1disk |
3. | Qurumun dövlət qeydiyyatından keçməsi və ya müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd | Surəti |
4. | VÖEN | Surəti |
5. | Qurumun borcunun olmadığını təsdiq edən sənəd | Bankdan arayış |
6. | Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri | Kompüterdə yığılmış çap və elektron formasında |
7. | Birgə layihələr həyata keçirilməsi üçün əməkdaşlıq haqqında müqavilə | Kompüterdə yığılmış çap formasında (imzalanmış və möhürlənmiş) |
1. Qurum haqqında məlumat
1.1. | Qurumun adı |
|
1.2. | Dövlət qeydiyyatıhaqqında şəhadətnaməninnömrəsi və verilmə tarixi (fiziki şəxslər üçün KİV-in uçota götürülməsi tarixi) |
|
1.3. | VÖEN |
|
1.4. | Bank rekvizitləri |
|
1.5. | Qurumun hüquqi və (və ya) faktiki poçt ünvanları, indeksi |
|
1.6. | Qurumun təsisçisi və ya təsisçilərinin soyadı, adı və atasının adı |
|
1.7. | Qurumun rəhbərinin (KİV-lərdə baş redator, baş direktor və s.): |
|
1.7.1. | - adı, soyadı, atasının adı |
|
1.7.2. | -iş telefonu |
|
1.7.3. | -ev telefonu |
|
1.7.4. | -mobil telefonu |
|
1.7.5. | -elektron poçt ünvanı |
|
1.8. | Qurumun: |
|
1.8.1. | fəaliyyət istiqaməti (missiyası) |
|
1.8.2. | məqsədi |
|
1.8.3. | üzv olduğu və əməkdaşlıq etdiyi yerli təsisatlar |
|
1.8.4. | üzv olduğu beynəlxalq təşkilatlar, əməkdaşlıq etdiyi xarici təsisatlar |
|
1.8.5. | əməkdaşlarının sayı |
|
1.8.6. | ofis imkanları |
|
1.8.7. | texniki imkanları |
|
1.8.8. | Strukturu |
|
1.8.9. | yerli və xarici şöbələri (əgər varsa) |
|
2. Layihə haqqında məlumat
2.1. | Layihənin adı |
|
2.2. | Layihənin istiqaməti |
|
2.3. | Layihənin rəhbərinin: |
|
2.3.1. | - soyadı, adı və atasının adı |
|
2.3.2. | - iş telefonu |
|
2.3.3. | - ev telefonu |
|
2.3.4. | - mobil telefonu |
|
2.3.5. | - elektron poçt ünvanı |
|
2.4. | Layihənin müddəti |
|
2.5. | Layihənin ümumi məbləği |
|
2.6. | Fonddan tələb olunan məbləğ |
|
3. Qurumun həyata keçirdiyi layihələr
(son 3 ildə həyata keçirdiyi layihələr barədə məlumat verilməlidir)
№ | Layihənin adı | Həyata keçirilmə müddəti | Məbləği | Donoru |
1 |
|
|
|
|
2 |
|
|
|
|
... |
|
|
|
|
Qurumun rəhbərinin imzası ________________
Ərizənin təqdim olunma tarixi: "___"______ 2014-cü il
M.Y.
Modern.az