Modern.az

Putin Söyün Sadıqovu vəzifəsindən kənarlaşdırdı

Putin Söyün Sadıqovu vəzifəsindən kənarlaşdırdı

27 İyun 2014, 18:46


Rusiya prezidenti Millətlərarası Münasibətlər Şurasının yeni tərkibini təsdiq edib

Rusiya prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının yeni tərkibini təsdiq edib. Prezidentin sərəncamı ilə Rusiya Prezidenti yanında Şuraya "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Asif Məhərrəmov və Rusiya baş nazirinin müavini Aleksandr Xloponin daxil olublar. 

A. Xloponin Şura sədrinin müavini vəzifəsini də tutacaq.  Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü olan Ramazan Abdullatipov, Söyün Sadıqov, Dmitri Kozak, İsmayil Caraştiyev və İqor Levitin isə Şuradan çıxarılıblar. (APA)

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu