Beynəlxalq terrorizmlə mübarizədə ABŞ-la birgə praktiki əməkdaşlığımızı yeniləməyə hazırıq”. Modern.az rus mətbuatına istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, terrorçuluqla mübarizədə Rusiyanın ABŞ tərəfi ilə ikitərəfli effektiv mexanizmləri var idi. XİN rəhbərinin sözlərinə görə ABŞ bu mexanizmləri dondurduğundan prosesdə yenilənmə tələb olunur. “İndi biz onların marağını açıq-aydın hiss edirik. Artıq terrorçuluğa qarşı mübarizədə sıx əməkdaşlığı yeniləmək lazımdır”,-deyə S. Lavrov qeyd edib.
Modern.az