Modern.az

Azərbaycanlı və ermənilərin azadlığa buraxılması rus ailəsini əsəbiləşdirdi

Azərbaycanlı və ermənilərin azadlığa buraxılması rus ailəsini əsəbiləşdirdi

27 İyun 2014, 22:53


2011-ci ilin avqustunda Moskvanın Dolqoprudniy rayonunda öldürülən 33 yaşlı Vladimir Şmoylovun işi üzrə məsuliyyətə cəlb olunan şəxslərə hökm oxunub. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Şmoylovun öldürülməsində şübhəli bilinən milliyətcə erməni Tiqran Qalstyan, Artur Avaqyan və Manaflı soyadlı azərbaycanlıya hökm oxunub.

Məhkəminin qərarı ilə onların hər biri “xuliqanlıq” maddəsi ilə təqsirli bilinərək ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkməklə 3,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Lakin iş üzrə istintaq araşdırmasının 2 ildən artıq davam etdiyini nəzərə alaraq müttəhimlərin məhkəmə zalından azad olunması barədə qərar qəbul edilib. Şmoylovun yaxınları buna etiraz edərək appelyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

İstintaq materialarına görə 2011-ci il avqustun 23-də axşam saatlarında Vladimir Şmoylov və təxminən 15 nəfərdən ibarət qafqazlı qrupu arasında küçə ortasında mübahisə düşüb   Nəticədə çoxsaylı bədən xəsarətləri alan Şmoylov hadisə yerindəcə keçinib.  

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu