Vəziyyət o qədər ciddidir ki, təcili hərəkət etmək lazımdır". Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf İraqdakı gərginliyi şərh edərkən deyib.
O jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ İraqda hökumətin formalaşmasını və bu ölkədəki şiələrin lideri Ayətulla Əli Sistaninin yeni rəhbərliyik haqqında razılaşmaya gəlinməsi ilə bağlı çağırışını dəstəkləyir. O, İraq baş naziri Nuri Əl-Malikinin hakimiyyətdən getməsində ABŞ-ın maraqlı olub-olmadığı barədə suala isə belə cavab verib: “Bunu İraq xalqı özü həll etməlidir”.
Modern.az