Modern.az

İstirahət günü ölkə ərazisində güclü külək olacaq

İstirahət günü ölkə ərazisində güclü külək olacaq

Təhsil

28 İyun 2014, 13:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə saatlarında bəzi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. İyunun 30-da külək daha da şiddətlənəcək.

İyunun 29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 30 dərəcəyə yaxın isti olacaq.

İyunun 29-da Azərbaycanın bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacaq.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu