Modern.az

Deputat Polşanın Dövlət katibi ilə məcburi köçkünlərdən danışıb - FOTO

Deputat Polşanın Dövlət katibi ilə məcburi köçkünlərdən danışıb - FOTO

Təhsil

28 İyun 2014, 13:59

Millət vəkili  Qənirə Paşayeva Fransada  Polşanın Dövlət katibi  Agnieszka Kozlovska-Rajevicz ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın Polşa  ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib.  Azərbaycan ilə  Polşa  arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə gücləndiyini bildirib. Azərbaycanın Polşa  ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən  Q.Paşayeva iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib. Millət vəkili eyni zamanda,  Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi  və  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündəəks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu vəmaterialları xanım nazirə təqdim edib.  Azərbaycana  xoş münasibət bəslədiyini deyən  Polşanın  Bərabər İmkanlar üzrə  Dövlət katibi  Agnieszka Kozlovska-Rajevicz  ölkəsi ilə   Azərbaycanın  əlaqələrinin  inkişaf etdiyi və onun daha da inkişafında maraqlı olduqlarını deyib. Millət vəkilinin Azərbaycana dəvətinə gəlincə Dövlət katibi  Agnieszka Kozlovska-Rajevicz  Azərbaycanı yaxından görməkdən məmnunluq duyacağını deyib.

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu