Modern.az

ATƏT sədri: “Sərhədlərin bölünməzliyi ATƏT üçün prioritetdir”

ATƏT sədri: “Sərhədlərin bölünməzliyi ATƏT üçün prioritetdir”

Təhsil

28 İyun 2014, 15:42


“Böhran Ukraynanın qəlbinə nüfuz edib, insanların həyatına dağıdıcı təsir göstərib. İnsan hüquqlarının kobud surətdə pozulmasına səbəb olanları cəzalandırmaq lazımdır”

ATƏT-in fəaliyyət olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının açılış mərasimində çıxış edib.

D. Burkhalter İsveçrənin sədrlik müddətinin yarısının tamam olduğu deyib, yarı yolda ATƏT-in fəaliyyətini qiymətləndirib.

Ukrayna böhranının İsveçrənin sədrliyi dövründə baş verdiyini söyləyən D. Burkhalter Ukraynada saxlanılan ATƏT-in 4 müşahidəçisinin 2 gün əvvəl azad olunduğunu xatırladıb. Onun sözlərinə görə, müşahidəçilərin səyləri Ukrayna böhranının aradan qaldırılmasına yönəlib: “Sərhədlərin bölünməzliyi, təhlükəsizlik, insan hüquqları ATƏT üçün prioritetdir. ATƏT Ukrayna böhranında bir tərəf deyil, əsas tərəfləri bir araya gətirir ki, müzakirə aparsınlar. Hazırda qütbləşmə var, ATƏT isə Avropa təhlükəsizliyində bir körpüdür”.

D. Burkhalter ATƏT-in Monitorinq Missiyasının Ukraynada 57 üzv dövlətin razılığı ilə təşkil edildiyini bildirib: “ATƏT Ukraynada böhranın nəzarət altına alınmasında çox mühüm rol oynayıb. Münaqişə olan yerdə şəffaflıq çox vacibdir, müəyyən çıxışlar gərginliyin artmasına gətirib çıxara bilər. Monitorinq keçirən əməkdaşlarımızdan 4-ü buraxılıb, digər 4-ü isə hələ də azadlıqda deyil”.

D. Burkhalter Ukrayna prezidenti Pyotr Poroşenkoya ATƏT-in sülh planının həyata keçirilməsində iştirak etməyə hazır olduğunu bildirdiyini açıqlayıb: “Mən Ukrayna prezidentinin atəşkəsi uzatmaq barədə qərarını alqışlayıram. Məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Böhran Ukraynanın qəlbinə nüfuz edib, insanların həyatına dağıdıcı təsir göstərib. İnsan hüquqlarının kobud surətdə pozulmasına səbəb olanları cəzalandırmaq lazımdır. Ancaq ilk növbədə sülh bərqərar olunmalıdır”.

D. Burkhalter hazırkı dövrün ATƏT üçün çox həssas olduğunu vurğulayıb: “Ukraynada gərginliyin azaldılmasında ATƏT-in rolu artacaq. İştirakçı dövlətlər birgə fəaliyyət göstərməlidir. Çünki dövlətlərin mövqeyində fərqlər var. Hər halda inam və etibarın az olması nəticəsində belə böhran yaranıb. Səylərimizi davam etdirməliyik ki, Ukrayna böhranı həll olunsun”.

D. Burkhalter deyib ki, ATƏT-in 40 ildir, əsas məqsədi əməkdaşlıqdır.

O, Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə bağlı dövlət başçıları səviyyəsində danışıqların bərpa olunmasını alqışladıqlarını, vətəndaş cəmiyyəti təmsilçilərinin prosesdə iştirakını dəstəklədiklərini bildirib. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu