Türkiyə prezidenti Abdulla Gül bir qədər öncə prezident seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gül “mən namizəd olmayacağam, martın 30-dan əvvəl də bunu Rəcəb Tayyib Ərdoğana söyləmişdim, Avqustun 28-də prezidentlik müddətim sona çatacaq”, - deyib.
Adının baş nazirliyə namizəd kimi keçdiyi xatırladılan Gül “onlar sonra öz aramızda müzakirə olunacaq şeylərdir”, - cavabını verib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyilə bağlı suala gəldikdə, Gül deyib: “Mən bu qədər söylədim. Onları artıq sonra görəcəyik”.
Qeyd edəki ki, Gül bu axşam baş nazirlə də görüşəcək.
Modern.az