Modern.az

Kollec imtahanlarında 2 abituriyent maksimum nəticə göstərdi, 22 nəfər qovuldu

Kollec imtahanlarında 2 abituriyent maksimum nəticə göstərdi, 22 nəfər qovuldu

1 İyul 2014, 10:59


Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanın nəticələrini iyunun 30-da Komissiyanın internet saytında yerləşdirib.

Modern.az-ın məlumatına görə, nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 14925 abituriyentdən 1249 nəfəri imtahana gəlməyib. 22 abituriyent imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 2 abituriyent ən yüksək nəticə göstərərək 57 bal toplayıb.

İxtisas seçimi iyulun 2-dən 10-dək  həyata keçiriləcək. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanının (təkrar və eksternat qaydasında) nəticələrinə dair statistik məlumat:

(9) Ümumi orta təhsil

Ana dili

 

Riyaziyyat

 

     

 

 

 

    2

692

  2 

758

    3

678

  3 

616

    4

145

  4 

133

    5

54

  5 

62

Cəmi

1569

Cəmi

1569

Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanının (təkrar və eksternat qaydasında) nəticələrinə dair statistik məlumat:

11 (Tam orta təhsil)

Ana dili

 

Riyaziyyat

 

   2

1599

  2 

1656

   3

965

  3 

896

   4

112

  4 

106

   5

13

  5 

31

Cəmi

2689

Cəmi

2689

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.

Misranə Həsənzadə 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu